Rusiya Rumıniya diplomatını ölkədən çıxardı

Rusiya Rumıniya diplomatını ölkədən çıxardı
  08 Sentyabr 2022    Oxunub:1064
Rusiya Xarici İşlər Nazirliyi Rumıniyanın Moskvadakı səfirliyinin əməkdaşlarından birinin persona non qrata elan edildiyini bildirib.
Bu barədə Rusiya XİN-in saytında bildirilir. “Sentyabrın 8-də Rumıniyanın Rusiyadakı müvəqqəti işlər vəkili K.İonita Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib, ona nazirliyin Rumıniyanın Moskvadakı səfirliyinin əməkdaşının persona non qrata (arzuolunmaz şəxs) elan edilməsi ilə bağlı nota təqdim edilib”, - məlumatda deyilir.

Qeyd olunub ki, bu tədbir Rumıniya tərəfinin Rusiyanın Buxarestdəki səfirliyinin diplomatını persona non qrata elan etmək barədə əvvəllər qəbul etdiyi əsassız qərara cavabdır.


AzVision.az


Teqlər:



Xəbər lenti