Orban: "Rusiyaya qarşı 11 min sanksiya Avropanı diz çökdürə bilər"

      Orban:    "Rusiyaya qarşı 11 min sanksiya Avropanı diz çökdürə bilər"
  08 Sentyabr 2022    Oxunub:778
Rusiyaya qarşı 11 min sanksiyanın nəticələri onu zəiflətməyib, əksinə, Avropanı diz çökdürə bilər.
Bunu Macarıstanın baş naziri Viktor Orban bildirib. Onun sözlərinə görə, hazırda Rusiyaya qarşı “11 min sanksiya” qüvvədədir, lakin onların səmərəsiz olduğu sübuta yetirilib: “Əksinə, sanksiyaların səbəb olduğu ağır inflyasiya və enerji çatışmazlığı Avropanı diz çökdürə bilər”.

Bundan əvvəl Bundestaqın Enerji və İqlim Komitəsinin rəhbəri Klaus Ernst bildirib ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Almaniyada qiymət artımına səbəb olub, Almaniya iqtisadiyyatı və ölkə vətəndaşları üçün mənfi nəticələrə gətirib çıxarıb.

AzVision.az


Teqlər:



Xəbər lenti