"London Körpüsü": Kraliçanın ölümündən sonra nələr olacaq?
Bundan sonra kraliçanın ölümü ilə bağlı məlumat onun monarx olduğu 14 ölkənin hökumətlərinə göndəriləcək. Bukingem sarayının rəsmi internet saytının dizaynı II Yelizavetanın ölüm xəbərinə əsasən matəmlə dəyişəcək. Televiziya əyləncə məzmununu silməklə yayım şəbəkəsini dəyişəcək.
Bir saat sonra bütün ölkə ərazisində zənglər çalınacaq.
Şahzadə Çarlz vətəndaşlara müraciət edəcək və bir gün sonra taxta çıxacaq, bundan sonra onun Britaniyaya matəm turu başlayacaq.
Kraliçanın ölümündən sonra matəm 12 gün davam edəcək və sonra o, Vindzor qəsrində dəfn ediləcək. II Yelizavetanın tabutu açıq olacaq, vətəndaşlar vidalaşmaq üçün ayağa qalxa biləcəklər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


