Kraliçanın ölümü ilə bağlı 10 gün matəm olacaq

Kraliçanın ölümü ilə bağlı 10 gün matəm olacaq
  08 Sentyabr 2022    Oxunub:728
Böyük Britaniyanın dünyasını dəyişən kraliçası II Elizabetin vəfatı ilə bağlı matəm 10 gün davam edəcək.
AzVision.az xəbər verir ki, bu barədə "Sun" nəşri məlumat yayıb.

Dəfn mərasimi onun ölümünün 10-cu günündə keçiriləcək.

Xatırladaq ki, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qalasında vəfat edib.

AzVision.az



Teqlər:



Xəbər lenti