Kraliçanın ölümü ilə Britaniya himninin mətni dəyişir

 Kraliçanın ölümü ilə Britaniya himninin mətni dəyişir
  09 Sentyabr 2022    Oxunub:1145
Böyük Biratniya kraliçası II Elizabetin ölümü ilə ölkə himinin mətnində dəyişiklik ediləcək.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, himninin mətni II Yelizavetanın atası - VI Corc dövründə olduğu kimi "God Save the King" (Allah Kralı Qorusun) olaraq dəyişdiriləcək.

Kral ailəsinin saytının məlumatına görə, himn 1745-ci ildə Şotlandiyada şahzadə Çarlz Edvard Stüartın kral II Georq ordusu üzərində qələbəsi ilə məşhurlaşıb və London teatrlarında ifa olunub.

Həmçinin yeni çap edilmiş sikkələr və əskinaslarda III Çarlzın başı əks olunacaq. Köhnə sikkələr və əskinaslar tədricən dəyişdirilənə qədər dövriyyədə qalacaq.

Qeyd edək ki, Böyük Biratniya kraliçası II Elizabet 96 yaşında dünyasını dəyişib.
Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti