"Taxıl müqaviləsi vəd edildiyi kimi yerinə yetirilmir" - Rusiya XİN

  "Taxıl müqaviləsi vəd edildiyi kimi yerinə yetirilmir" -    Rusiya XİN
  09 Sentyabr 2022    Oxunub:1031
"Taxıl müqaviləsi heç də nəzərdə tutulduğu kimi yerinə yetirilmir. Onun uzadılması sazişin həyata keçirilməsindən asılı olacaq".
AzVision.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

"Biz sövdələşmənin necə həyata keçirildiyinə baxırıq. Təəssüf ki, o, planlaşdırıldığı kimi yerinə yetirilmir. Rusiya taxıl və gübrələrinin ixracı ilə bağlı sazişin ikinci hissəsi hələ də çətinliklərlə üzləşir", - xarici işlər nazirinin müavini bildirib.

Qeyd edək ki, iyulun 22-də İstanbulda qida və gübrələrin beynəlxalq bazara çıxarılmasına dair sənədlər paketi imzalanıb.

Xüsusilə, Rusiya və BMT-nin bağladığı memorandum sayəsində beynəlxalq ictimaiyyət bu malların ixracına mane olan məhdudiyyətlərin aradan qaldırılması işinə qoşulub. Digər sənəd Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı mexanizmini təsdiqləyib.

Rusiya, Türkiyə, Ukrayna və BMT arasında razılaşma əsasında taxıl daşıyan gəmilərin yoxlanılmasını təmin edən, eyni zamanda təxribatlara son qoymalı və silah qaçaqmalçılığının qarşısını alan koordinasiya mərkəzi yaradılıb.

BMT-nin vəzifəsi ayda 2-5 milyon ton ərzaq ixracına nail olmaqdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti