Kraliçaya bənzər bulud və göy qurşağı göründü - VİDEO

 Kraliçaya bənzər bulud və göy qurşağı göründü -    VİDEO
  09 Sentyabr 2022    Oxunub:1600
Böyük Britaniya sakinləri kraliça II Elizabetə bənzər bulud və kral iqamətgahları üzərində qoşa göy qurşağı görüblər. Bu barədə Daily Mail məlumat yayıb.
İngiltərənin Telford şəhərində yaşayan Leanne Bethell tərəfindən sosial şəbəkədə kraliçaya bənzəyən buludun fotosu yerləşdirilib.

“Bəlkə, bu bir işarədir və ya bəlkə biz sadəcə yuxarıdan işarə axtarırıq, kim bilir”,- deyə bir istifadəçi yazıb.

II Elizabetin ölümündən sonra Buckingham sarayı və Vindzor qəsri üzərində də iki göy qurşağı peyda olub. Çoxları düşünür ki, bu yolla kraliça dünyadan kökdüyünü bildirir.

Qeyd edək ki, II Elizabetin ölümü sentyabrın 8-də elan edilib. Böyük oğlu Çarlz Böyük Britaniyanın yeni kralı olub.

Kraliça II Elizabet ilə vidalaşmaq üçün Şotlandiyaya yüz minlərlə insanın gələcəyi gözlənilir. Onun meyiti qatarla Edinburqa aparılacaq. Tabut məşhur Royal Mile - Edinburq qalasından Holyrood sarayına gedən bir sıra küçələr boyunca gəzdiriləcək. Daha sonra cənazə kral qatarı ilə Londona yollanacaq, yol boyu hər platformada fəxri qarovul dəstəsi yerləşdiriləcək.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti