FSB Müdafiə Nazirliyinin obyektində terror aktının qarısını alıb - VİDEO

   FSB Müdafiə Nazirliyinin obyektində terror aktının qarısını alıb -    VİDEO
  09 Sentyabr 2022    Oxunub:954
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Leninqrad vilayətində Müdafiə Nazirliyinin obyektində terror aktı planlaşdıran şəxsləri saxlayıb. AzVision.az xəbər verir ki, bu barədə FSB məlumat yayıb.
Bildirilir ki, əməliyyat zamanı 3 Vıborq sakini saxlanılıb.

Kəşfiyyat xidmətinin məlumatına görə, ruslar hərbi idarəyə məxsus inzibati binanı yandırmağa hazırlaşırlarmış. Saxlanılan şəxslər barəsində terror aktına cəhd maddəsi ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxsləri 20 ilə qədər həbs gözləyir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti