Müharibə rusları yeni nəsil dərmanlardan da məhrum etdi

   Müharibə rusları yeni nəsil dərmanlardan da məhrum etdi
  09 Sentyabr 2022    Oxunub:712
Qlobal əczaçılıq şirkətləri tərəfindən Rusiyada klinik sınaqların dayandırılması rusiyalıları yüzlərlə yeni nəsil dərmandan məhrum edəcək. Yaxın onillikdə bazara 300-dən çox dərman çıxarılacaq. O cümlədən hazırda müalicəsi mümkün olmayan xəstəliklər üçün yeni dərmanlar olacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb. Sayt İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Dərmanların İnkişafında Riyazi Modelləşdirmə Mərkəzinin araşdırmasına istinad edib.

Qeyd edilir ki, Ukraynada hərbi əməliyyatların başlanmasından sonra "Janssen", "Novartis", "Lilly", "AbbVie", "MSD" və "Pfizer" kimi dərman istehsalçıları Rusiyanı tərk ediblər. Yeni klinik sınaqlar və xəstələrin davam edən sınaqlara cəlb edilməsi artıq aparılmır. Bununla belə, əksər dərmanları qeydiyyata almaq üçün istehsalçı ölkədə klinik sınaqlar başa çatdırılmalıdır.

İ.M.Seçenov Universitetinin nəzdindəki Mərkəz bildirib ki, hazırda bir sıra qlobal şirkətlər xərçəngin bir neçə formasının müalicəsinə yanaşmaları dəyişdirə biləcək dərmanlar hazırlayırlar. Perspektivli sahələr arasında multispesifik bioloji, gen terapiyası və s. var. Ən çox elmi kəşflər Johnson & Johnson, Roche, Pfizer, AstraZeneca tərəfindən qeydə alınıb,
Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti