II Elizabetin malikanəsi icarəyə verilir

   II Elizabetin malikanəsi icarəyə verilir
  09 Sentyabr 2022    Oxunub:848
Mərhum II Elizabetin Norfolkda yerləşən malikanəsi icarəyə verilir.
Bu barədə məlumat “Airbnb” saytında yerləşdirilib. Mülkiyyətin rəsmi internet saytından verilən məlumata görə, kral ailəsi 1862-ci ildən bura sahibdir. Şahzadə Albertin 21-ci ad günündə ona hədiyyə olaraq alınıb. İndi hər kəs mülkdə gecələyə bilər.

Sifarişlərə tələbat böyük idi. Növbəti mövcud icarə tarixləri 2024-cü ilin fevralıdır. Evdə dörd yataq otağı və iki vanna otağı var. Malikanədə səkkiz nəfər, həmçinin üç it yaşaya bilər.

Xatırladaq ki, Britaniyanın kraliçası II Elizabet dünən vəfat edib.


AzVision.az


Teqlər:



Xəbər lenti