İrəvana qaytarılan hərbçilər İstintaq Komitəsində dindirilirlər

   İrəvana qaytarılan hərbçilər İstintaq Komitəsində dindirilirlər
  09 Sentyabr 2022    Oxunub:831
Cümə axşamı "əsirlik"dən qayıdan 5 erməni hərbçi dindirilir. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan məlumat yayıb.
- Hərbçilər İrəvanın İstintaq Komitəsinin hərbi idarəsindədirlər. Onlar dindirilirlər və yalnız bundan sonra hərbçilərin statusu müəyyən olunacaq, - Tadevosyan deyib.

O əlavə edib ki, dörd hərbçi Şirak rayonundan, biri- Edik Hovsepyan isə Vanadzor şəhərindəndir.

Xatırladaq ki, sentyabrın 8-də axşam saatlarında Azərbaycan 2020-ci ilin dekabrında öz ərazisində saxlayaraq həbsə atdığı 5 hərbçini Ermənistana təhvil verib. Bunlar Martin Aqramanyan, Aşot Gevorqyan, Feliks Qriqoryan, Varazdat Manukyan və Edik Hovsepyandır.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti