Saakaşvili Gürcüstana qayıtmasından təəssüflənir

   Saakaşvili Gürcüstana qayıtmasından təəssüflənir
  09 Sentyabr 2022    Oxunub:739
Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvili vətəninə qayıtmaqla səhv etdiyini düşnür. Bu barədə onun oğlu Eduard Saakaşvili atasına klinikada baş çəkdikdən sonra deyib.
Gürcüstanın eks-prezidenti uzun sürən aclıq aksiyasının nəticələrinə görə Tbilisidəki “Vivamed” klinikasında müalicə alır. Sputnik Gürcüstan xəbər verir ki, həkimlər eks-prezidentin vəziyyətini stabil qiymətləndirsələr də, onun diaqnozu ictimaiyyətə məlum deyil.

"Onun bədəni siyasi plan rejimindən daha çox sağ qalma rejimindədir. O, bura gəlməyin səhv olduğunu başa düşür, mən bunu ondan bir neçə dəfə eşitmişəm. Məncə, o, bunu başa düşüb. Düşünür ki, gəlməməli idi",- Eduard Saakaşvili deyib.

Onun sözlərinə görə, bu gün eks-prezidentin prioriteti sadəcə yaşamaq və sağlam qalmaqdır.

"Onu hər hansı siyasi fəaliyyətdə bu vəziiyyətdə təsəvvür etmək mənim üçün çətindir. Düzünü desəm, bu mənim üçün vacib deyil və özü də bundan narahat deyil”, - Saakaşvilinin oğlu qeyd edib.

Eks-prezidentin səhhətinə gəlincə, E. Saakaşvili bildirib ki, iyulda baş tutan sonuncu görüşdən sonra vəziyyəti pisləşib.

"Onun enerjisi çox azdır, bəzi şeyləri unudur. O, xəstə insan təəssüratı yaradır. Dərin müalicəyə ehtiyacı var".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti