Ukraynada “Baykar” zavodu tikiləcək

 Ukraynada “Baykar” zavodu tikiləcək
  09 Sentyabr 2022    Oxunub:1368
Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Türkiyənin “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktar ilə görüşüb və onunla Ukraynada “Bayraktar” hücum dronlarının istehsalı üçün zavodun tikintisini müzakirə edib. Bu barədə Ukrayna prezidentinin saytında məlumat yerləşdirilib.
"Həmsöhbətlər Ukrayna ordusunun müdafiə qabiliyyətini gücləndirmək üçün Ukrayna ilə şirkət arasında gələcək əməkdaşlığa diqqət yetiriblər. Tərəflər həmçinin Ukraynada “Baykar” zavodunun tikintisinin təfərrüatlarını və Ukrayna hissələrindən istifadə etməklə yeni məhsulların istehsalını müzakirə ediblər”,- məlumatda qeyd edilir.

Zelenski Haluk Bayraktara Ukraynanın 1-ci dərəcəli “Xidmətlərə görə” ordenini təqdim edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti