Megan Markl II Elizabetlə vidalaşmağa dəvət edilmədi
"The Sun" xəbər verir ki, şahzadə Harri kraliçanın vəziyyətini öyrənəndə həyat yoldaşı ilə dərhal Balmorala getmək qərarına gəlib, lakin atası xüsusi xahişlə ona zəng edib. Çarlz Şahzadə Harriyə Meqan Marklı özü ilə aparmamağı tövsiyə edib.
"Çarlz Harriyə Meqanın belə çox kədərli bir zamanda Balmoralda olmasının səhv və ya yersiz olduğunu söyləyib", deyə "The Sun"a danıışan gizli mənbə deyib.
Məlum olub ki, şahzadənin özünü də vida mərasiminə gəlməsi çox gözlənilmirdi. Çünki Harriyə kral ailəsinin digər üzvləri- şahzadələr Uilyam, Edvard və Endryu ilə birlikdə Şotlandiyaya gedən Kral Hərbi Hava Qüvvələrinə məxsus BBC təyyarəsinə minməsinə imtina edilib. Şahzadə Harri başqa bir təyyarə axtarmağa məcbur olub və kraliçanın ölümündən sonra Balmorala uça bilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


