"Onlar hakimiyyətə maksimum dörd il ümidi ilə gəlmişdilər" - Putinin keçmiş dostu

   "Onlar hakimiyyətə maksimum dörd il ümidi ilə gəlmişdilər" -    Putinin keçmiş dostu
  10 Sentyabr 2022    Oxunub:979
Rusiya prezidenti Vladimir Putinin komandası pul qazanmaq və onu harasa “zibil” kimi atmaq üçün hakimiyyətə gəlib. Putinin komandasının üzvləri dörd ildən artıq hakimiyyətdə olacağını gözləmirdilər.
AzVision.az xəbər verir ki, bunu Rusiya rəhbərinin keçmiş dostu və keçmiş bankir Sergey Puqaçov “Qordon” nəşrinin təsisçisi, jurnalist Dmitri Qordona müsahibəsində deyib.

Putinin keçmiş dostu: "O xərçəngdən əziyyət çəkir"
Onun sözlərinə görə, Rusiya Federasiyası rəhbərinin əlaltılarının “20 il ərzində imperiya qurmaq, hətta daha çox hansısa psevdosovet ittifaqı qurmaq” fikri qətiyyən olmayıb.

"Putinin komandası... Mən sadəcə hər birini şəxsən tanıyıram. Onlar maksimum dörd il ümidi ilə gəlmişdilər. Bu da o məqsədlə olub ki, pul qazansınlar və onu harasa atsınlar", - o deyib.

Puqaçov vurğulayıb ki, Rusiyada uzun müddətdir əsas ideya və arzu “pul yığmaq, pul oğurlamaq, pul qazanmaq”, və Qərbdə harasa getmək olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Rusiya   Pul  



Xəbər lenti