Kraliçanın dəfn mərasimi sentyabrın 19-da olacaq
Dəfn Vestminster Abbeydə baş tutacaq.
II Elizabetin cənazəsi dəfn edilməzdən əvvəl tabut Britaniya parlamentinin binasının foyesində dörd gün ərzində nümayiş etdiriləcək.
Xatırladaq ki, II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.
II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


