Kabildə Amerika helikopteri qəzaya uğrayıb.

Kabildə  Amerika helikopteri qəzaya uğrayıb.
  10 Sentyabr 2022    Oxunub:1030
Əfqanıstanın paytaxtı Kabil şəhərində təlim üçün uçan Amerika istehsalı olan “Black Hawk” helikopteri Milli Müdafiə Universitetinin kampusunda texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
AzVision.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Qeyd olunub ki, qəza nəticəsində üç nəfər ölüb, daha beş nəfər xəsarət alıb.

Qeyd edək ki, “Taliban” radikal qruplaşması Əfqanıstanda hakimiyyəti nəzarətə götürdükdən sonra Amerika istehsalı olan bir neçə təyyarəni ələ keçirib.

ABŞ qoşunları isə bildirib ki, Əfqanıstanı tərk edən zaman özləri ilə apara bilmədikləri silah və ağır texnikaları istifadəyə yarasız vəziyyətə salıblar.

AzVision.az



Teqlər: Kabil   Amerika-Helikpteri  



Xəbər lenti