Niderland və Britaniya baş nazirləri Ukraynaya hərbi yardım haqda danışıblar

Niderland və Britaniya baş nazirləri Ukraynaya hərbi yardım haqda danışıblar
  10 Sentyabr 2022    Oxunub:1057
Niderlandın Baş naziri Mark Ryutte ilə Böyük Britaniyanın Baş naziri Liz Tras arasında telefon danışığı olub.
AzVision.az bu barədə TASS-a istinadən xəbər verir.

Qeyd olunub ki, tərəflər Ukraynadakı vəziyyəti müzakirə edib və Kiyevə hərbi yardımın gücləndirilməsinin zəruriliyini vurğulayıblar.

“Biz Ukraynadakı vəziyyəti də müzakirə etdik və hərbi yardımımızın artırılmasının zəruriliyi barədə razılığa gəldik”, - Ryutte tviterdə bildirib.

AzVision.az



Teqlər: Niderland   Britaniya   Ukrayna  



Xəbər lenti