Blinken və Fon der Leyen Rusiyaya qarşı tədbirlərdən danışıblar

 Blinken və Fon der Leyen Rusiyaya qarşı tədbirlərdən danışıblar
  10 Sentyabr 2022    Oxunub:913
ABŞ dövlət katibi Entoni Blinken Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Leyen ilə danışıb, onlar Ukraynaya gələcək dəstəyi və Rusiyaya qarşı tədbirləri müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın açıqlamasında deyilir.

Qeyd olunub ki, ABŞ Avropanın enerji təhlükəsizliyinin qorunmasına sadiqdir və tərəflər Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə məsuliyyət daşıması üçün səylərin əlaqələndirilməsini davam etdirməlidirlər.

Diplomatlar həmçinin, Bosniya və Herseqovinada sabitliyin və təhlükəsizliyin təmin edilməsinin vacibliyinə də diqqət çəkiblər.

Xatırladaq ki, Avropa Birliyi Ukraynaya 9 milyard avroluq yardım paketini təsdiqləsə də, bu günə qədər Kiyev 1 milyard avro yardım alıb.

AzVision.az



Teqlər: Blinken   Fon-der-Leyen  



Xəbər lenti