"Putin özü silah axtarır, bizə necə satacaq?" - Sakunç
- Biz məlum üçtərəfli bəyannamənin əsiri kimi qalmışıq. Bəyəm sizə hələ də aydın deyil ki, Vladimir Putin heç vaxt Ermənistanın başqa ölkədən silah almasına razı olmayacaq? Hətta indinin özündə belə onun silah-sursata ciddi ehtiyacı var. Moskva silahı belə müxtəlif yerlərdən almağa çalışır. Bəs əgər özü belə silahlar istəyir, axtarırsa, onu bizə necə sata bilər? Amma Kreml həm silah verə bilmir, hən də başqa dövlətdən silah alınmasının qarşısını alır. Bu dalandan çıxmaq üçün kim addım atmalıdır? Ermənistan hökumətindən başqa kim bunu etməlidir?, - Sakunç düşdükləri ağır duruma görə gileylənib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Silah Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


