Avropanın 9 ölkəsi ruslara viza verməyəcək

   Avropanın 9 ölkəsi  ruslara viza verməyəcək
  13 Sentyabr 2022    Oxunub:710
Avropa İttifaqına üzv olan doqquz ölkə Rusiya vətəndaşlarına turist vizası vermək üçün sənəd qəbulunu dayandırıb.
Bu barədə Rusiyanın Turist Operatorları Assosiasiyası bildirib. Qeyd olunub ki, buraya Latviya, Litva, Estoniya, Polşa, Çexiya, Slovakiya, Danimarka, Belçika və Niderland daxildir. Artıq bu ölkələr Rusiya vətəndaşlarına viza vermir.

Vurğulanıb ki, İtaliya, İspaniya, Yunanıstan, Fransa, Macarıstan və Kipr adasının yunan hissəsi də Rusiya vətəndaşlarına Şengen deyil, milli vizaların verilməsinə qadağa qoyulmasına dair qərar qəbul edəcək.

Xatırladaq ki, Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılması barədə Avropa İttifaqı Şurasının qərarı sentyabrın 12-də qüvvəyə minib. Bundan sonra Rusiya vətəndaşları vizanı rəsmiləşdirmək üçün 35 avro əvəzinə 80 avro rüsum ödəyəcək və daha çox sənəd toplamalı olacaq. Həmçinin konsulluqların viza müraciətləri ilə bağlı qərar vermə müddət 10 gündən 15 günə, bəzi hallarda isə 45 günə qədər artırılacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti