Ermənilər Paşinyanın istefası tələbi ilə mitinq keçirirlər - VİDEO

   Ermənilər Paşinyanın istefası tələbi ilə mitinq keçirirlər -    VİDEO
  13 Sentyabr 2022    Oxunub:1517
Xəbər verdiyimiz kimi Ermənistan ordusu Azərbaycanla sərhəddə törətdiyi təxribatlardan sonra layiqli cavabını alıb. Yerli media ölü sayının yüzə yaxın olduğunu, bölgələrə xeyli əsgər ölümü xəbəri gəldiyini yazıb.
Hazırda isə İrəvan sakinləri parlamentin binası qarşısına toplanaraq etiraz aksiyası keçirir. Onlar günorta saatlarından burada aksiya keçirən əsgər valideynlərinə dəstəklərini ifadə edirlər. Etirazçılar həmçinin əsas tələb kimi uğursuz baş nazir Nikol Paşinyanın istefasını istəyirlər.

Ermənistanda əsgər valideyinləri etiraz aksiyası keçirir
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  



Xəbər lenti