"Paşinyan qurduğum ordunu məhv etdi" - Erməni general

   "Paşinyan qurduğum ordunu məhv etdi" -    Erməni general
  14 Sentyabr 2022    Oxunub:750
Ermənistan ordusunun keçmiş rəhbəri, general Norat Ter-Qriqoryanç ölkəsinin düşdüyü ağır durumdan və İrəvanın son günlər Azərbaycanla sərhəddə yaratdığı təxribatlardan danışıb.
Keçmiş SSRİ və Rusiya Federasiyası Silahlı Qüvvələrinin də general-leytenantı olmuş Norat son prosesləri şərh edərkən deyib ki, rəsmi Bakının öz planı var. O iddia edib ki, guya Azərbaycan ordusu İrəvana qədər gedib çıxmaq istəyir.

“Mənim qurduğum ordunu məğlub etdilər” - Erməni general
- Xəbərdarlıq edirəm! Paşinyan Ermənistan Respublikasının silahlı qüvvələrinin döyüş qabiliyyətini məhv edir. O mənim yaratdığım strukturu dəyişdi, məhv etdi. Düşmənin Qarabağı və Ermənistanı fəth etmək üçün öz planı var idi. Onlar artıq İrəvana gedirlər. Ordu isə NATO standartlarına uyğun hazırlanır, - Ter-Qriqoryanç erməni ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan   Ordu  



Xəbər lenti