“Mənim qurduğum ordunu məğlub etdilər” - Erməni general
![“Mənim qurduğum ordunu məğlub etdilər” - Erməni general “Mənim qurduğum ordunu məğlub etdilər” - Erməni general](https://azvision.az/photos/2021/05/9012_-1622207640.jpg)
Azvision.az xəbər verir ki, o, əvvəlcə sərhəd gərginliyi məsələsinə görə İrəvanı qınayıb, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) edilən müraciəti biabırçı addım adlandırıb:
Rusiyada yaşayan erməni general KTMT-yə müraciət məsələsinə də toxunub: "Hörmətli baş nazir, öz sərhədinizi təşkil edə bilmirsinizsə, KTMT-yə necə müraciət edə bilərsiniz? Ruslardan, qazaxlardan, türkmənlərdən, özbəklərdən birinin gəlib sərhədinizi qorumasını istəyirsinizmi? Ayıbdır. Əgər müharibə olsaydı, bu başqa məsələ olardı, qüvvələr çatmazdı, gəlib dəstək verərdilər. Amma burada müharibə yoxdur, təhlükəsizliyə Silahlı Qüvvələr və Müdafiə Nazirliyinin rəhbəri məsuliyyət daşıyır. Bu insan təhlükəsizliyin nə olduğunu başa düşürmü? Silahlı Qüvvələri idarə edirmi? O, problemi təsəvvür edirmi? Qoşunların harada olduğunu, komandirlərin, bölük komandirlərinin və bölmələrin harada yerləşdiklərini bilirmi? Ümumiyyətlə, nələr baş verir? İndiki hadisələrə qədər əvvəlki, keçmiş "əsirlər" geri qaytarılmadı. Bu insanlar necə əsir düşdülər axı? Onlara lazımi zamanda doğru mövqelərə qayıtmaq üçün düzgün əmrlər verilmədi.
Mən Ermənistan ərazisində Rusiya anklavı yaratdım, 107-ci hərbi diviziyanı burada yerləşdirərək baza qurduq. Çünki Rusiyadan başqa müttəfiqimiz yoxdur. Bizim yeganə müttəfiqimiz Rusiyadır".
Qeyd edək ki, Norat Ter-Qriqoryants 1992-1995-ci illərdə baş qərargah rəisi, 1993-cü ildə isə müdafiə naziri olub.
Tural Tağıyev
Azvision.az
Teqlər: General Ordu Ermənistan Məğlub KTMT