Ukraynada bəndlər niyə vurulur?

   Ukraynada  bəndlər niyə vurulur?
  16 Sentyabr 2022    Oxunub:1519
Ruslar Krivoy Roqun hidrotexniki qurğularına zərbələr endirməklə Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətindəki dayaq nöqtəsini sıradan çıxarmağa çalışırlar.
AzVision.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında məlumat verilib. ISW analitikləri hesab edirlər ki, Rusiya qüvvələri İnqulets çayı üzərindəki Ukrayna bəndlərinə zərbələr endirməklə suyun səviyyəsini yüksəltmək və Xerson vilayətinin şimalındakı Ukrayna körpüsünü dağıtmağa çalışırlar.

"Ukrayna müharibənin gedişatını dəyişib" - Müharibə Araşdırmaları İnstitutu
İnstitut hesabatında qeyd edir ki, bu, Ukraynanın logistik marşrutlarını təhdid edəcək.

Həmçinin oxuyun:
Ukraynaya qarşı “elektrik terroru”nda məqsəd nədir?
Rusiya ordusu manevr edir, yoxsa qaçır? – Xarici ekspert rəyləri

Xatırladaq ki, Krivoy Roqda kritik infrastrukturlara hücumlar olub. Sentyabrın 14-də hidrotexniki qurğular "Kinjal" və "İskəndər" raketləri ilə vurulub. Raketlərdən biri 600 mm-lik su borusuna tuş gəlib ki, bu da ərazidə böyük qəzaya səbəb olub.
Ukrayna tərəfi Rusiyanın məlum hücumu nəticəsində İnqulets çayının müxtəlif hissələrində suyun səviyyəsinin 1 metrdən 2 metrə yaxın qalxdığını yazıb. Hətta bir neçə rayonun sakinləri təxliyə edilib.
Sentyabrın 15-də şəhərin hidrotexniki qurğuları yenidən vurulub.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ukrayna   Bənd   Rusiya  



Xəbər lenti