"Ukrayna müharibənin gedişatını dəyişib" - Müharibə Araşdırmaları İnstitutu

"Ukrayna müharibənin gedişatını dəyişib" -    Müharibə Araşdırmaları İnstitutu
  12 Sentyabr 2022    Oxunub:1712
"Ukrayna müharibənin gedişatını öz xeyrinə çevirdi. Lakin indiki əks-hücumlar da nə vaxtsa dayanacaq. İşğalçılar yeni müdafiə xətti quracaq, yerlərdə lokal hücumlar həyata keçirəcəklər. Ukrayna Silahlı Qüvvələri bütün əraziləri azad etmək üçün yeni hücumlar təşkil etməli olacaq. Bu baxımdan müharibə 2023-cü ilə qədər uzanacaq".
AzVision.az xəbər verir ki, bunu Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri yazıblar. Onlar Ukrayna cəbhəsindəki vəziyyətlə bağlı ənənəvi hesabatda digər məqamlara da diqqəti yönəldiblər.



Sənəddə bildirilir ki, Ukrayna hakimiyyəti Xerson vilayətində əks-hücum əməliyyatına hazırlığı qətiyyətlə müzakirə edir. Rusların diqqətini əsas hücuma keçiləcəyi ərazilərdən yayındırırlar. Gizli hazırlıqlar sayəsində plan işə yarayıb. Planın tərkib hissələrindən biri Xerson və Xarkov bölgələrində düşmənin logistika xətlərinə hücumlar idi. Bunun üçün Ukrayna Silahlı Qüvvələri HIMARS və digər Qərb silahlarından səmərəli istifadə edib.



Müharibə Araşdırmaları İnstitutu: "Ukrayna ordusu 20 kilometr irəliləyib"
Ekspertlərin fikrincə, Ukrayna müharibənin gedişatını öz xeyrinə dəyişə bilib. İndi Ukrayna Silahlı Qüvvələri döyüş əməliyyatlarının xarakterini və yerini diqtə edə biləcək. Rusiya isə ukraynalı müdafiəçilərin həm fiziki, həm də psixoloji təzyiqlərinə getdikcə qeyri-adekvat reaksiya verəcək.

Eyni zamanda, ISW hesabatında indiki əks-hücumların müharibəni bitirməyə şərait yaratmayacağını da vurğulayıb.

"Ruslar nə vaxtsa yeni müdafiə xətti qura və hətta lokal hücumlara keçə biləcəklər. Ukrayna müvəqqəti olaraq işğal olunmuş əraziləri azad etmək üçün növbəti hücum tədbirləri təşkil etməli olacaq. Ona görə də müharibə 2023-cü ilə qədər uzanacaq",- hesabatda yazılıb.



Tural Tağıyev
AzVision.az

Teqlər:   Ukrayna   Rusiya   Müharibə  







Xəbər lenti