Müharibə Araşdırmaları İnstitutu: "Ukrayna ordusu 20 kilometr irəliləyib"

   Müharibə Araşdırmaları İnstitutu:    "Ukrayna ordusu 20 kilometr irəliləyib"
  08 Sentyabr 2022    Oxunub:1359
Müharibə Araşdırmaları İnstitutu (ISW) Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində irəliləyişi haqqında hesabat yayıb. Qeyd edilir ki, ukraynalı hərbçilər ən azı 20 kilometr irəliləyiblər. Onlar sentyabrın 6- 7-də 400 kvadrat kilometrə yaxın ərazini geri alıblar.
"Ukrayna qüvvələri İzyumdan şimalda Kupyansk istiqamətində Rusiyanın nəzarətində olan ərazidə ən azı 20 kilometr irəliləyib. 6-7 sentyabr tarixlərində təxminən 400 kvadrat kilometr ərazi geri alınıb. Rusiya mənbələri isə Ukrayna qüvvələrinin E40 və N26 magistralları ilə cənub-şərq istiqamətində irəlilədiyini iddia edib. Geolokasiya göstərir ki, Ukrayna qüvvələri T2110 magistral yolu ilə Balakliya, Verbovka, Yakovenkovo, Voloxovski Yardan (T2210 və E40-ın kəsişməsində), eləcə də Şevçenkove istiqamətindən şimal-şərqə doğru hərəkət ediblər", - ekspertlər yazıb.

Müharibə Araşdırmaları İnstitutu: "Putin yeni hücum qüvvələri yaradır"
Bundan əlavə, analitiklər qeyd ediblər ki, Rusiya mənbələri artıq Ukrayna təxribat-kəşfiyyat qruplarının Belıy Kolodez, Volçansk və Qniliç kəndlərində əməliyyatlar aparması barədə məlumat verməyə başlayıblar. Hərbçilər cəbhənin dərinliyində, Seversky Donets çayının şərqində əməliyyatlar reallaşdırırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti