Müharibə Araşdırmaları İnstitutu: "Putin yeni hücum qüvvələri yaradır"

      Müharibə Araşdırmaları İnstitutu:    "Putin yeni hücum qüvvələri yaradır"
  02 Sentyabr 2022    Oxunub:718
Rusiya rəhbərliyi payız-qış aylarında Ukraynaya qarşı hücumu gücləndirmək üçün yeni qüvvələr yaratmağa hazırlaşır. xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında məlumat verilib.
Ekspertlər vurğulayırlar ki, Vladimir Putinin Ukraynadakı “anti-Rusiya anklavını” aradan qaldırmaq planlarını açıqlaması, həmçinin ukraynalılara qarşı köhnə aqressiv ritorikanı təkrarlaması Rusiya prezidentinin bütün ölkəni ələ keçirmək kimi maksimalist niyyətlərindən əl çəkmədiyini göstərir.

"Kreml artıq görüntü yaradır" - Müharibə Araşdırmaları İnstitutu
"Ehtimal ki, məlum bəyanat bu payız və qışda Rusiyanın gələcək səylərini və güc strukturunu gücləndirməyə hesablanmış informasiya mühiti yaratmaq məqsədi daşıyır”, - ISW analitikləri yazıblar.

Bununla yanaşı, ekspertlər Donbassın sentyabrın 15-dən tez ələ keçirilməsini inandrıcı saymırlar. Bölgənin işğalı rus komandanlığına ancaq işğalçı qoşunların döyüş ruhunu yüksəltmək üçün lazımdır.

İnstitut qeyd edir ki, rus ordusu Lisiçanskı ələ keçirdikdən sonra Avdeyevka ətrafında kiçik uğurlar əldə edib və bundan sonra rusların irəliləməsi dayanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Putin   Uğur  





Xəbər lenti