ABŞ Ukraynaya müasir tanklar verə bilər

   ABŞ Ukraynaya müasir tanklar verə bilər
  20 Sentyabr 2022    Oxunub:698
Vaşinqton Ukraynaya təkcə sovet istehsalı deyil, həm də müasir tipli tankların tədarükünü nəzərdən keçirir.
Bu barədə “The New York Times” ABŞ müdafiə rəsmisinə istinadən xəbər verir. “Tanklar, digər variantlarla yanaşı, şübhəsiz ki, gündəmdədir. Minimum ekipaj hazırlığı ilə dərhal çatdırıla bilən mövcud tanklar Sovet modellərinin tanklarıdır. Lakin müvafiq təlim, təmir və texniki xidmət həyata keçirildiyi müddətdə biz başqa variantlara açığıq” - mənbə bildirib.

ABŞ-ın Ukraynaya hərbi yardımı həmçinin Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin SSRİ dövründəki silahlardan NATO ölkələrinin istifadə etdiyi silahlara keçməsinə də aiddir. Nəşrin mənbəsinin sözlərinə görə, zirehli texnika Ukrayna Silahlı Qüvvələri üçün vacibdir.

AzVision.az


Teqlər:



Xəbər lenti