Avropa Komissiyası ruslara qarşı viza qadağasını dəstəklədi

 Avropa Komissiyası ruslara qarşı viza qadağasını dəstəklədi
  20 Sentyabr 2022    Oxunub:820
Avropa Komissiyası Şengen vizası olan Rusiya vətəndaşlarını öz ərazilərinə buraxmamaq qərarına gələn Avropa İttifaqı ölkələrini dəstəkləyir.
Bunu sentyabrın 20-də Brüsseldə keçirilən brifinqdə AK nümayəndəsi Anita Hipper deyib.

Onun sözlərinə görə, Rusiya ilə viza rejiminin dayandırılması ilə yanaşı, qurum giriş üçün ciddi səbəbləri olmayan şəxslərin Avropa İttifaqı ölkələrinə gəlməsinin qarşısını almağa yönəlmiş ümumi xətt həyata keçirir.

Xatırladaq ki, Avropa İttifaqına üzv bir sıra dövlət, o cümlədən İsveçrə, Latviya, Litva, Estoniya, Polşa, Çexiya rusiyalılara vizaların verilməsini dayandırıb.


AzVision.az


Teqlər:



Xəbər lenti