"Ukraynada 27 yaşlı italyan muzdlu öldürülüb" - la Repubblica

   "Ukraynada 27 yaşlı italyan muzdlu öldürülüb" -    la Repubblica
  20 Sentyabr 2022    Oxunub:751
Ukraynanın Xarkov vilayətində bu ölkədə rus qoşunlarına qarşı döyüşən beynəlxalq legionun daha bir hərbçisi öldürülüb. Öldürülən muzdlu əsgər İtaliyadan olub.
AzVision.az xəbər verir ki, bu barədə çərşənbə axşamı "la Repubblica" qəzeti mərhumun atasına istinadən məlumat yayıb.

Ukraynada daha bir amerikalı döyüşçü öldürülüb
Söhbət əvvəllər Hollandiyada yaşamış 27 yaşlı gəncdən gedir. Qəzet yazır ki, o, Ukraynaya Polşa vasitəsilə gəlib. Mart ayında isə İtaliya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Ukraynada hərbi əməliyyatlarda iştiraka görə cinayət məsuliyyətinin olmasını xatırladıb.

Qeyd edək ki, bir müddət öncə Rusiya mediası məlumat yaymışdı ki, ABŞ, Böyük Britaniya, Polşa və digər ölkələrdən 2 minə yaxın xarici muzdlu Ukrayna Silahlı Qüvvələrinin tərkibində Xarkov vilayətində döyüşür.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Muzdlu  



Xəbər lenti