Ərdoğan Kipr məsələsi və Yunanıstanın təxribatından danışdı
Türkiyə Prezidenti beynəlxalq ictimaiyyəti sanksiyalarla dünyadan qoparmağa çalışdıqları Kipr türklərinə qarşı zülmə son verməyə, Şimali Kipr Türk Cumhiriyyətini rəsmi olaraq tanımağa dəvət edib.
Ərdoğan Yunanıstanı isə təxribatlardan çəkinməyə çağırıb:
“Ölkəzmizlə siyasi və hərbi səviyyəcə əsla müqayisə olunmayan, güc nümayişi göstərənlər özünü gülünc vəziyyətə salırlar. Şərqi Aralıq dənizində sülh və sabitliyin davam etdirilməsi bütün tərəflərə hörmətdən asılıdır. Yunanıstandan gərginlik və təxribat siyasətini bir kənara qoyaraq, əməkdaşlıq və həmrəylik çağırışlarımızı eşitməklərini gözləyirik”, - deyə Ərdoğan bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


