Rusiyada qismən səfərbərlik elan edildi

 Rusiyada qismən səfərbərlik elan edildi
  21 Sentyabr 2022    Oxunub:1307
Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik elan edib.
AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Səfərbərlik tədbirləri bu gün başlayacaq. Regionların başçılarına tapşırıram ki, hərbi komissarların işinə bütün lazımi köməyi göstərsinlər. Xüsusi ilə qeyd edirəm ki, hərbi səfərbərliyə çağırılan Rusiya vətəndaşları müqavilə əsasında orduda xidmət edən hərbiçilər kimi ödəniş və bütün sosial təminat statusunu alacaqlar".

O, Rusiyanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, təhlükəsizliyini təmin etmək üçün Müdafiə Nazirliyinin qismən səfərbərlik elan olunması ilə bağlı təklifini qəbul etdiyini qeyd edib.


AzVision.az



Teqlər:



Xəbər lenti