Səfərbərliyə düşən ruslar xaricə gedə bilməyəcəklər

Səfərbərliyə düşən ruslar xaricə gedə bilməyəcəklər
  21 Sentyabr 2022    Oxunub:785
Səfərbərliyə düşən Rusiya vətəndaşlarına xaricə getmələri və ya ölkə daxilində yer dəyişmələri tövsiyə edilmir.
AzVision.az “Dojd”a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov deyib.

- Siz (səfərbərliyə düşənlər -red.) asanlıqla Krasnodar və ya Omska ezamiyyətə gedə bilərsiniz. Amma mən sizə Türkiyədəki kurortlara getməyi məsləhət görməzdim. Krım və Krasnodar diyarının kurortlarında istirahət edin, - Kartapolov deyib.

Şoyqu: Qismən səfərbərlikdə 300 min ehtiyatda olan hərbçi çağırılacaq
O, həmçinin fikirlərinə onu da əlavə edib ki, Rusiya Federasiyasının vətəndaşları çağırış vərəqəsini almamışdan əvvəl ölkə daxilində hərəkət edə bilərlər. Lakin belə davranmamaq daha məsləhətlidir.

Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvanın Ukraynaya qarşı müharibəyə 300 min ehtiyatda olan hərbçini səfərbər edəcəyini bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya  



Xəbər lenti