Litva ordusu Rusiyadakı səfərbərliyə görə gücləndirildi

   Litva ordusu Rusiyadakı səfərbərliyə görə gücləndirildi
  21 Sentyabr 2022    Oxunub:684
Rusiyada qismən səfərbərlik elan edilməsi ilə əlaqədar Litva çevik reaksiya qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirəcək.
AzVision.az xəbər verir ki, bu barədə müdafiə naziri Arvidas Anuşauskas Tvitter hesabında məlumat yayıb.

“Bu səfərbərlik həm də bizim sərhədlərimizin yaxınlığında, Kalininqrad vilayətində baş tutacağından, Rusiya Federasiyasının hər hansı təxribatının qarşısını almaq üçün Litvanın çevik reaksiya qüvvələri yüksək hazırlıq rejiminə keçirilir”, - nazir yazıb.

Anuşauskas fikirlərinə onu da əlavə edib ki, Putinin məlum qərarına cavab olaraq özünü soyqırımdan müdafiə edən Ukraynaya dəstək üçün daha güclü silah axını olacaq.
Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti