Rusiya Ukraynada əsir götürdüyü 10 əcnəbini azad edib

   Rusiya Ukraynada əsir götürdüyü 10 əcnəbini azad edib
  21 Sentyabr 2022    Oxunub:841
Səudiyyə Ərəbistanın Rusiya ilə uğurlu danışıqları uğurlu olub. Belə ki, Ukraynadakı döyüşlər zamanı ruslar tərəfindən əsir götürülmüş 10 hərbi əsir azad edilib.
AzVision.az xəbər verir ki, bu barədə çərşənbə günü Səudiyyə Ərəbistanının rəsmi nümayəndəsinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

“Rusiya Ukraynada əsir götürdüyü altı ölkədən 10 hərbi əsiri azad edib”, - nəşr yazır.

Siyahıya ABŞ, Böyük Britaniya, İsveç, Xorvatiya və Mərakeş vətəndaşlarının daxil olduğu dəqiqləşib. Əsirlərin olduğu təyyarənin Səudiyyə Ərəbistanı Krallığına eniş etdiyi də bildirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti