Ukrayna ordusu 1 helikopter, 9 PUA-nı zərərsizləşdirib

Ukrayna ordusu    1 helikopter, 9 PUA-nı    zərərsizləşdirib
  23 Sentyabr 2022    Oxunub:679
Ukrayna Silahlı Qüvvələri gün ərzində səkkiz rayonda rus işğalçılarının hücumlarını dəf edib. Düşmənin bir helikopteri və 9 pilotsuz uçuş aparatı məhv edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Müdafiə Qüvvələrinin bölmələri gün ərzində Kupyansk, Spornoe, Mayorsk, Zaiçevo, Avdeevka, Novomixaylovka, Opıtnoe və Kamenka yaşayış məntəqələri ərazilərində düşmənin hücumlarını dəf edib", - məlumatda deyilir.

Eyni zamanda qeyd olunur ki, Müdafiə Qüvvələrinin aviasiyası rusların canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 25 ərazini və zenit-raket komplekslərinin 6 mövqeyini vurub.

“Raket qoşunları və artilleriya bölmələri son 24 saat ərzində 6 komanda məntəqəsi, 4 şəxsi heyətin və hərbi texnikanın cəmləşdiyi ərazi, 3 hava hücumundan müdafiə mövqeyi, 3 artilleriya mövqeyi və 3 silah-sursat anbarına atəşə tutulub”, - Baş Qərargahın açıqlamasında qeyd edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti