Blinkenin atası vəfat edib

   Blinkenin atası vəfat edib
  23 Sentyabr 2022    Oxunub:595
ABŞ dövlət katibi Entoni Blinkenin atası Donald Blinkenin vəfat edib.
"Ailəm sevgi və ilham mənbəyi olan valideynini və babası Donald Blinkeni itirdi",-diplomat Twitter hesabında yazıb.

O, Donald Blinkenin ABŞ Hərbi Hava Qüvvələrində xidmət etdiyini, ABŞ səfiri, Mark Rotko Fondunun prezidenti, Nyu-York Dövlət Universitetinin sədri olduğunu diqqətə çatdırıb.

"Atam məni dövlət qulluğuna ruhlandırıb. O,təvazökar və ləyaqətli həyat sürüb. O, həyat yoldaşı Veranı və ailəsini sevirdi. O, gözəl həyat qurub və mənə bu gözəl həyatı bəxş edib", - ABŞ dövlət katibi deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti