"Aİ səfərbərlikdən yayınan ruslara viza verilməsinin tərəfdarıdır" - Mişel

   "Aİ səfərbərlikdən yayınan ruslara viza verilməsinin tərəfdarıdır" -    Mişel
  24 Sentyabr 2022    Oxunub:837
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel səfərbərlikdən yayınan ruslara humanitar vizaların verilməsi təşəbbüsünü dəstəkləyib.
AzVision.az xəbər verir ki, Mişelin bu barədə müsahibəsi “Politico” qəzetində dərc olunub.

"Tez qarşılıqlı fəaliyyət göstərmək və koordinasiya etmək fikri ilə razıyam, çünki bu qismən səfərbərlik yeni faktdır".

Siyasətçi əlavə edib ki, bu təşəbbüsün necə həyata keçiriləcəyi ilə bağlı Aİ həmkarları ilə məsləhətləşmələrə açıqdır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti