Kəsilən ömrə qarşı kəsilən saçlar...- VİDEO

// Qətlə yetirilən güneyli fəalın bacısından təsirli etiraz aktı

 Kəsilən ömrə qarşı kəsilən saçlar...-    VİDEO
  26 Sentyabr 2022    Oxunub:1244
Sentyabrın 22-də hökumət məmurları tərəfindən güllələnmiş 36 yaşlı azərbaycanlı Cavad Heydərinin bacısı təsirli etiraz üsuluna əl atıb.
Dəfn mərasimində onun anası "o dünyada necə cavab verəcəksiniz?",- deyə İranın hökumət başçılarına səslənib.

Heydərinin bacısı qardaşının məzarı üstündə hökumətin tətbiq etdiyi məcburi hicaba və qardaşının güllələnməsinə etiraz olaraq yaylığını atıb və saçlarını kəsib.



Cavad Heydərinin atası Əlipənah Heydəri "Amerikanın səsi" radiosunun fars bölümünə verdiyi açıqlamada oğlunun arxadan güllələndiyini deyib.

"Hökumət məmurları oğlumu kürəyindən vurdular. Onun xəstəxanaya çatdırılması və əməliyyat olunmasına icazə vermədikləri üçün Cavad qanaxmadan həyatını itirdi",- deyə ata bildirib.

Bu günə kimi aksiyalarda döyülüb və güllələnərək öldürülən, kimliyi dəqiqləşdirilən azərbaycanlıların sayı beş nəfərdir.

Aysan Mədənpərəst Təbrizdə, Hədis Nəcəfi Kərəcdə, Mehdi Musəvi, Mehrdad Qurbani Zəncanda, Cavad Abbasiisə Qəzvində öldürülüblər.

Öldürülən azərbaycanlıların sayının çox olduğu, ancaq hələlik onların kimliyinin dəqiqləşdirilə bilmədiyi qeyd olunur.




Teqlər:



Xəbər lenti