"Münaqişə xüsusilə Ukrayna üçün ədalətli bitməlidir" - Çavuşoğlu

 "Münaqişə xüsusilə Ukrayna üçün ədalətli bitməlidir" -   Çavuşoğlu
  26 Sentyabr 2022    Oxunub:1031
"Ukraynadakı münaqişəyə ilk növbədə Kiyev üçün ədalətli sülhün bərqərar olması ilə son qoyulmalıdır". Bu fikri bazar ertəsi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tokioda keçirdiyi mətbuat konfransında deyib.
"Ukraynadakı müharibə ədalətli sülhün bərqərar olması ilə başa çatmalıdır. Və ilk növbədə Ukrayna üçün ədalətli olmalıdır. Dediyim kimi, Türkiyə Rusiyanın Krım və hazırda ilhaq etmək istədiyi əraziləri işğal olunmuş hesab edir. Buna baxmayaraq biz münaqişənin diplomatik həllinə ümidimizi itirmirik", - Çavuşoğlu vurğulayıb.

Onun sözlərinə görə, Ərdoğan qarşıdakı dövrdə həm Putin, həm də Zelenski ilə dialoqu davam etdirmək niyyətindədir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti