İranda kütləvi etirazlarda ölənlərin sayı açıqlandı
Hesabata görə, Mazandaran əyaləti 25, Qərbi Azərbaycan, Gilan və Kürdüstan əyalətləri hər birində 10 nəfər itki olmaqla siyahıda ilk yerləri tuturlar.
Yayılan videolarda bir neçə şəhərdə repressiz qüvvələrini dinc etirazçılara odlu silahlardan atəş açdıqları görünür.
Xatırladaq ki, İran televiziyası sentyabrın 24-də rəsmi məlumatlara istinadən İran rəsmilərinin iğtişaşçı adlandırdığı 41 nəfərin öldüyü barədə məlumat yaymışdı.
İnsan haqları təşkilatları internetə qoyulan məhdudiyyətlər səbəbindən məlumatların gec yayıldığını və ölü sayının rəsmi rəqəmlərdən qat-qat çox olduğunu bildirirlər.
AzVision.az
Teqlər: