"Xankəndidəkilərin Bakıdan asılılığı artıb" - Hərbi cani
“Qarabağ məsələsi ilə bağlı təəssüratlarım ondan ibarətdir ki, Xankəndidəkilər indiki vəziyyətə bir növ uyğunlaşıblar. Təbii ki, oradakı "hökumət nümayəndələri" (Separatçıları nəzərdə tutur-red.) bəyanatlarında öz müqəddəratını təyinetmə, suverenlik və hansısa respublikadan danışırlar. Lakin danışıqlarda mövzu bir qədər fərqlidir”, - Köçəryan deyib.
O qeyd edib ki, son dövrlərdə Qarabağ ermənilərinin, Xankəndidə oturanların rəsmi Bakıdan asılılığı artıb.
“Yeni yolla paralel olaraq Xankəndiyə qaz xəttinin çəkilməməsi, elektrik dirəklərinin yerinin dəyişməməsi, əvvəlki rabitə kabellərinin köhnə yolda qalması elə bir asılılıq yaradır ki, Azərbaycan hər an qarabağdakı erməniləri dalana dirəyə bilər. "Qarabağ hökuməti" üçün isə bu həm də Azərbaycanla əməkdaşlıq etməyin nəyə görə zəruri olduğunun izahı olacaq”, - Köçəryan gileylənib.
Tural Tağıyev
AzVision.az