Zaxarova İrəvanın KTMT-ya soyuq münasibətini şərh etdi

Zaxarova İrəvanın KTMT-ya soyuq münasibətini şərh etdi
  29 Sentyabr 2022    Oxunub:699
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəzi siyasətçilər tərəfindən əsassız tənqid olunması konstruktiv iş üçün faydalı deyil".
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, İrəvanın KTMT təlimlərində iştirak etməməsi mövcud vəziyyətlə əlaqədardır.

“İrəvanın bu il KTMT-nin Qazaxıstandakı birgə təlimlərində iştirak etmək üçün hərbi kontingent göndərməmək qərarı hazırkı vəziyyətlə bağlıdır", - Zaxarova deyib.

AzVision.az



Teqlər: KTMT  



Xəbər lenti