Zelenski sabah da iclas keçirəcək

   Zelenski sabah da iclas keçirəcək
  29 Sentyabr 2022    Oxunub:1648
Ukrayna prezidenti Vladimir Zelenski sabah Ali Baş Komandanın qərargahının iclasını keçirəcək. Bu barədə Ukrayna Milli Təhlükəsizlik Şurasının (MTŞ) katibi Aleksey Danilov bildirib.
"Sonra Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçiriləcək və bu iclasda ölkəmiz üçün vacib, inanıram ki, fundamental qərarlar qəbul ediləcək. Sabaha qədər gözləyin".

Daha əvvəl Zelenskinin sözüsü Sergey Nikiforov bildirmişdi ki, prezident Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə iclasını çağırır. O əlavə edib ki, iclasın proqramı və digər təfərrüatları bir qədər sonra açıqlanacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti