ABŞ Çin, Belarus və Ermənistan şirkətlərinə sanksiyalar tətbiq etdi
30 Sentyabr 2022
Oxunub:634
ABŞ Rusiyaya qarşı ixrac nəzarəti tədbirlərini pozduğuna görə Çin, Belarus və Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
"Maliyyə Nazirliyi Rusiya ordusuna dəstək üçün Rusiya daxilində və xaricində təşkilatlar üçün ixrac nəzarəti tədbirlərinə düşmə riskinin yüksək olduğu barədə açıq xəbərdarlıq edir", - məlumatda deylir.
Maliyyə Nazirliyi bildirir ki, bu qanun pozuntularına görə 57 hüquqi şəxs sanksiya siyahısına əlavə edilib.