Yaponiyadan xəbərdarlıq: KXDR nüvə sınağı keçirəcək

   Yaponiyadan xəbərdarlıq:    KXDR nüvə sınağı keçirəcək
  08 Oktyabr 2022    Oxunub:1040
Yaponiya hökuməti Koreya Əmək Partiyasının (KƏP) oktyabrın 10-da qeyd ediləcək 77-ci ildönümü ilə əlaqədar Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən raket buraxılışı və nüvə sınağı kimi təxribatlar törədiləcəyini güman edir.
Bu barədə oktyabrın 7-də NHK telekanalı hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Belə ki, son iki həftə ərzində KXDR tərəfindən altı raket buraxılışı həyata keçirilib. Pxenyan əvvəllər belə sürətlə raket sınaqları keçirməyib. KXDR tərəfindən həmin istiqamətdə növbəti addımların atılacağını güman edən Yaponiya tərəfi ABŞ və Cənubi Koreya ilə birlikdə vəziyyəti diqqətlə izləyir.

Müşahidəçilərin bir qisminin bildirdiyinə görə, KXDR əvvəllər də KƏP-in ildönümü ərəfəsində belə addımlar atıb. Belə ki, KXDR tərəfindən 2006-cı il oktyabrın 9-da KƏP-in növbəti ildönümü ərəfəsində ilk nüvə sınağı keçirilib.

AzVision.az



Teqlər:



Xəbər lenti