Ukraynada güllələnən azərbaycanlılardan ikisinin şəxsiyyəti bəlli olub - YENİLƏNİB

 Ukraynada güllələnən azərbaycanlılardan ikisinin şəxsiyyəti bəlli olub -  YENİLƏNİB
  08 Oktyabr 2022    Oxunub:8723
Rusiyadan Ukraynaya keçərkən güllələnən azərbaycanlılardan ikisinin şəxsiyyəti bəlli olub.
AzVision.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna ölənlərin qohumu İsaməddin Əhmədov məlumat verib.

O bildirib ki, hadisə Donetsk şəhərində baş verib. Məlumata görə, əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan Gülağa Həsən oğlu Uğurliyev, qardaşı Fəqan Uğurliyev və adı məlum olmayan daha iki nəfər atəş altına düşüb.

İsaməddin Əhmədov qeyd edib ki, bazarda alverlə məşğul olan həmyerlilərimiz Donetskdən yük avtomobili ilə mal alıb qayıdarkən atəşə tutulublar. Nəticədə həmyerlilərimiz hadisə yerində həlak olublar. Hadisənin necə baş verdiyi dəqiqləşdirilir.

Meyitlər hazırda Ukraynadadır, Zərdab rayonuna gətirilməsi üçün iş aparılır.

***
Ukrayna-Rusiya sərhədində azərbaycanlıların olduğu avtobus atəşə məruz qalıb.

Bu barədə vəkil Aqil Layıc öz feysbuk hesabında məlumat paylaşıb. O bildirib ki, içərisində çoxsaylı sərnişinlərin olduğu avtobus Xerson istiqamətində vurulub. Atəşin Rusiya Silahlı Qüvvələri mənsubları tərəfindən açıldığı qeyd edilib.

Hadisə nəticəsində avtobusdakı şəxslərin həlak olduğu bildirilib. Onların 4-ü Zərdab rayonunun Məmmədqasımlı kənd sakinləridir.

Məlumata görə, Rusiya-Ukrayna sərhədindən qarşı tərəfə keçmk istəyən şəxslər Rusiyadakı qismən səfərbərliklə əlaqədar bu ölkəni tərk etmək niyyətində olublar.

Hadisə barədə Azərbaycanda dövlət qurumları tərəfindən dəqiqləşdirmələr aparılır, əraflı məlumat veriləcək.

AzVision.az



Teqlər:



Xəbər lenti