Krım körpüsündə baş verən partlayışda 3 nəfər ölüb

   Krım körpüsündə baş verən partlayışda 3 nəfər ölüb
  08 Oktyabr 2022    Oxunub:790
Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Ölənlərin partladılmış yük maşınının yaxınlığında olan minik avtomobilinin sərnişinləri olduğu ehtimal edilir

“İki ölən şəxsin - kişi və qadının cəsədi artıq sudan çıxarılıb, onların şəxsiyyəti müəyyənləşdirilir”, - məlumatda deyilir.

Qeyd edək ki, Krım körpüsündə dizel yanacağı ilə hərəkət edən qatarda yanğın baş verib. Nəticədə körpünün avtomobil yolunun bir hissəsi dağılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti