Şarl Mişel Asiyaya gedəcək

Şarl Mişel Asiyaya gedəcək
  08 Oktyabr 2022    Oxunub:895
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Mərkəzi Asiya ölkələrinə səfər edəcək.
AzVision.az xəbər verir ki, bunu o, tviterdə yazıb.

Ş.Mişel bildirib ki, oktyabrın 26-27-də Qazaxıstanın paytaxtı Astanaya gedəcək, ölkə Prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək.

“Oktyabrın 28-də isə Özbəkistana səfər edəcəyəm və Prezident Şavkat Mirziyoyevlə danışıqlar aparacağam”, - Avropa İttifaqı Şurasının rəhbəri vurğulayıb.

Ş.Mişel bildirib ki, Avropa İttifaqı Mərkəzi Asiya ölkələri ilə əlaqələri dərinləşdirməyə və regiondaxili əməkdaşlığı dəstəkləməyə hazırdır.

AzVision.az



Teqlər:



Xəbər lenti